17 C
Baku
Thursday, May 23, 2024

“Xalq Bank”ın mənfəəti 2 dəfəyə yaxın artıb

“Xalq Bank” ASC bu ilin I rübünü 7 milyon 10 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 4 milyon 712 min manat olub ki, bu da illik müqayisədə 1.5 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında “Xalq Bank”ın gəlirləri 29 milyon 670 min manat (illik müqayisədə 16% çox), xərcləri 19 milyon 291 min manat təşkil edib.

Bu il aprelin 1-nə “Xalq Bank”ın aktivləri 2 milyard 388 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12% çoxdur. Bunun 1 milyard 422 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0.7% böyüyüb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər