26 C
Baku
Saturday, July 27, 2024

“Xalq Bank”ın Bakıdakı müəssisənin kapitalında payı artıb

Ölkənin 4-cü ən böyük bankı ASC “Xalq” bankı (Xalq Bank) kapitalında payı olduğu ləğv prosesində olan “Bakı Ayaqqabı-2” ASC-də payını artırıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Xalq Bank”ın bu səhmdar cəmiyyətdə payı 98,36%-dən 98,41%-ə qədər artıb. Bildirməliyik ki, 2017-ci ildə bankın payı 98,25% təşkil edirdi.

Bakı Ayaqqabı 2 – hər bir səhmi 2 manat olmaqla ümumi 5 588 288 manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, ASC 1999-cu ildən fəaliyyini dayandırıb. Bankın audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır.

Son xəbərlər
Digər xəbərlər