10 C
Baku
Thursday, December 12, 2024

Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!

®Hər zaman müştərilərə müxtəlif məhsul və xidmətlər üzrə sərfəli şərtlər təqdim edən Xalq Bank öz kart sahibləri üçün növbəti  kampaniyaya start verir! Belə ki, artıq müştərilər istənilən Xalq Bank ödəniş kartı ilə Qatar Airways-dən aviabiletləri 12%-dək endirimlə əldə edə biləcəklər! 

Kampaniyada Xalq Bankın bütün Visa və MasterCard ödəniş kartları iştirak edir.

Qeyd edək ki, endirim həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Müştərilər www.qatarairways.com/xalq səhifəsinə keçid edərək Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş FLYXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.

Kampaniyanın müddəti 31.05.2022-ci il tarixədək davam edir, kampaniya zamanı  alınmış aviabiletlərin səyahət dövrü isə 31.12.2022-ci il tarixədəkdir. 

Müxtəlif çeşiddə təklif edilən  ödəniş kartlarını Bankın istənilən filialından əldə etmək olar.

Xalq Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər