“Xalq Bank”ın payı olduğu şirkətin bölüşdürülməmiş mənfəəti 2 milyonu ötdü

Azərbaycanın ən böyük korportativ banklarından birinin törəmə şirkəti 2020-ci ildə xalis mənfəət əldə etdiyini açıqladı.

Banker.az xəbər verir ki, “Bakı Ayaqqabı-2” ASC 2020-ci ildə 407 min manat investisiya əmlakının icarəsindən gəlir əldə edib. Bu, 2019-cu illə müqayisədə 2.9% az olmuşdur.

Bakı şəhərinin Heydər Əliyev prospektində olan bu əmlakın xərcləri isə 285 min manat təşkil edir. Öncəki ilin maliyyə hesabatında bu 22.5 min manat idi.

Əməliyyat xərclərinin artması səbəbindən ümumi mənfəət 122 min manata qədər düşüb. Bu mənfəətdən isə 12 min manatdan çox mənfəət vergisi ödənişindən sonra 110 min manat xalis mənfəəti olub. Öncəki ildə xalis mənfəətin həcmi 379 min manat idi.

Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəətin həcmi 2 milyon 89 min manat olmuşdur.

“Bakı Ayaqqabı 2” – hər bir səhmi 2 manat olmaqla ümumi 5 milyon 588 min manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, ASC 1999-cu ildən fəaliyyətini dayandırıb. Bankın audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır.

Bu ASC-nin səhmlərinin 98.41%-i ASC “Xalq Bank”a məxsusdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.