16 C
Baku
Wednesday, April 17, 2024

Xalq Bankın “Qatar Airways”lə eksklüziv endirim kampaniyası davam edir

®Xalq Bank və “Qatar Airways” əməkdaşlığı çərçivəsində müştərilərə geniş səyahət imkanları açan endirim kampaniyası davam edir! Kampaniyada Xalq Bankın istənilən Visa və ya MasterCard ödəniş kartı sahibi eksklüziv imkandan yararlanaraq “Qatar Airways”dən aviabiletləri 12 %-dək endirimlə əldə edə bilər. Müştərilər https://www.qatarairways.com/en-az/offers/cug/fly-xalq.html  səhifəsində Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.

Qeyd edək ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və MasterCard ödəniş kartları iştirak edir.

Kampaniya 31.03.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2024-cü il tarixədəkdir.

Təklif yoladüşmə yeri Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.

Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də https://cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. 

Son xəbərlər
Digər xəbərlər