27 C
Baku
Thursday, July 18, 2024

Xalq Bankın rəhbər heyəti Mərkəzi Bank tərəfindən təşkil olunmuş təlimdə iştirak edib

®24 aprel 2022-ci il tarixdə ASC “Xalq” Bankının İdarə Heyəti üçün  Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yeni tətbiq olunmuş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” mövzusunda “Conim Cert” MMC tərəfindən təlim keçirildi. 

Təlimin məqsədi ölkənin bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də mümkün kiberhücumların vaxtında aşkar edilməsi, mənfi təsirlərin azaldılması və onların qarşısının vaxtında alınmasının daim diqqət mərkəzində saxlanmasıdır. 

Hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif etməklə yanaşı, bankın kibertəhlükəsizliyi sahəsində imkanlarını daim genişləndirir və təkmilləşdirir.

Məlumat üçün bildirmək lazımdır ki, Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” və kibertəhlükəsizlik tələbləri Beynəlxalq ISO/IEC 2700X standartlarının bazasında hazırlanmışdır.

 

Son xəbərlər
Digər xəbərlər