16 dekabr 2019-cu il tarixində Xalq Bank Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramının dəstəyi ilə “Xalq Bank və Ulduzumdan 10 000 hədiyyə” kampaniyasına start verir. Kampaniya 12 iyun 2020-ci il tarixədək davam edəcək. Bu dövr ərzində Xalq Bankın filiallarında aşağıda qeyd olunmuş bank əməliyyatlarından – təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, İnternet Banka qoşulma kimi xidmətlərdən istifadə edən hər bir şəxs 10 000 hədiyyədən birini qazanacaq.
Kampaniyada iştirak etmək üçün müştərinin Xalq Bankın istənilən filialında yuxarıda göstərilən xidmətlərdən istifadə edərkən Bankın əməkdaşına Bakcell mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin FİN kodunu, adı, soyadı və ata adını təqdim etməsi kifayətdir. Müştəri qazandığı hədiyyəni kampaniyanın qüvvədə olduğu dövr ərzində və başa çatdığı tarixdən 1 ay müddətində Bankın hansı filialından götürmək istədiyini bildirməklə 10 gün sonra həmin filiala müraciət edərək ala bilər.
Qeyd edək ki, Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda çox uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.
Kampaniya haqqında daha ətraflı məlumatı bankın 138 Məlumat Mərkəzindən www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.