“Xalq Həyat” sığorta şirkəti ili zərərlə başa vurub

Xalq Həyat” ASC 2019-cu ili 1 milyon 109 min manat zərər ilə başa vurub.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2019-cu ildə “Xalq Həyat”ın cəmi gəlirləri 936 min manat, cəmi xərcləri isə 2 milyon manat olub. Nəticədə, sığorta şirkəti zərər edib.

Ötən il “Xalq Həyat” sığorta şirkətinin cəmi aktivləri 16 milyon 222 min manat olub. 2019-cu ilin əvvəlində isə 14 milyon 980 min manat təşkil edib.

Qeyd edək ki, 15 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.

Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur.