“Xalq Həyat Sığorta” ASC 2021-ci ili 1 milyon 392 min manat mənfəətlə başa vurub. Şirkət 2020-ci ildən 201 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 7 dəfə artım deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Xalq Həyat Sığorta”nın gəlirləri 5 milyon 235 min manat, xərcləri isə 3 milyon 686 min manat təşkil edib. 2020-ci ildə isə sığorta şirkətinin cəmi gəlirləri 3 milyon 32 min manat, cəmi xərcləri isə 2 milyon 831 min manat olub.
Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta”nın aktivləri 23 milyon 791 min manat olub ki, bu da 1 il əvvələ 39% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3 dəfə artaraq 8 milyon 338 min manata, balans kapitalı isə 10% artaraq 15 milyon 453 min manata çatıb.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.