“Xalq Həyat Sığorta” ASC 2023-cü ili 1 milyon 983 min manat mənfəətlə başa vurub. Şirkət 2022-ci ildə 1 milyon 824 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 9% artım deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Xalq Həyat Sığorta”nın cəmi gəlirləri 10 milyon 688 min manat, cəmi xərcləri isə 8 milyon 96 min manat təşkil edib. 2022-ci ildə isə sığorta şirkətinin cəmi gəlirləri 6 milyon 521 min manat, cəmi xərcləri isə 4 milyon 248 min manat olub.
Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta”nın aktivləri 31 milyon 665 min manat olub ki, bu da 1 il əvvələ 15% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 22% artaraq 12 milyon 406 min manata, cəmi kapitalı isə 11.5% artaraq 19 milyon 260 min manata çatıb.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.