10 C
Baku
Monday, November 18, 2024

“Xalq Həyat” Sığorta Şirkəti zərərdən mənfəətə keçib

“Xalq Həyat” Sığorta Şirkəti 2020-ci ili 201 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 1 milyon 109 min manat zərər ilə başa vurmuşdur.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “Xalq Həyat”ın cəmi gəlirləri 3 milyon 32 min manat, cəmi xərcləri isə 2 milyon 831 min manat təşkil edib. 2019-cu ildə “Xalq Həyat”ın cəmi gəlirləri 936 min manat, cəmi xərcləri isə 2 milyon manat olub.

Ötən il “Xalq Həyat” sığorta şirkətinin cəmi aktivləri 17 milyon 164 min manat olub. 2019-cu ilin əvvəlində isə 16 milyon 222 min manat təşkil edib.

Qeyd edək ki, 15 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.

Son xəbərlər
Digər xəbərlər