17 C
Baku
Friday, May 3, 2024

“Xalq Həyat” Sığorta Şirkətinin səhmdarı açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu il martın 27-də lisenziya verdiyi “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarı 100% “Xalq Sığorta” ASC-dir.

Bu barədə “Xalq Həyat”ın açıqlamasında bildirilir.

Xatırladaq ki, yeni sığorta şirkətinin nizamnamə kapitalı 15 mlyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10manat olan 1,5 milyon ədəd səhm əsasında formalaşıb.

Məlumatda həmçinin deyilir ki, sığorta şirkətinə lisenziya 5 il müddətinə verilib. Onun İdarə Heyətinin sədri Roman Alpaşa oğlu Vəliyev, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22 L-dir.

Qeyd edək ki, “Xalq Sığorta” da bu ünvanda fəaliyyət göstərir. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər