6 C
Baku
Sunday, December 15, 2024

“Xalq Həyat Sığorta”dan vergi borcu ilə bağlı açıqlama

“Xalq Həyat Sığorta” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Xalq Həyat Sığorta”nın 92 762 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 5 aprel 2022-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır, qanuni təmsilçisi Roman Vəliyev Alpaşa oğludur. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.

Bildirək ki, şirkətdən verilən məlumata görə, artıq vergi borcu tam ödənilib.

 

Son xəbərlər
Digər xəbərlər