“Xalq Həyat Sığorta” ASC-də kadr dəyişikliyi olub.
Banker.az-ın məlumatına görə, Təftiş Komissiyasının sədri Hüseynov Abdulla Bəylər oğlu və Təftiş Komissiyasının üzvü Rüstəmov Kamran Musa oğlu “Xalq Həyat Sığorta”dakı vəzifəsindən ayrılıb.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.