“Xalq Həyat” Sığorta Şirkəti ASC-nin investisiya portfeli ümumilikdə artsa da, qiymətli kağızlara investisiyalar kiçilib. Şirkət depozitlərə üstünlük verib.
Banker.az xəbər verir ki, 2025-ci ilin 1 oktyabr tarixinə investisiya portfeli 25.9 mln manat təşkil edib ki, bu da əvvəlki ilin 23.6 mln manatı ilə müqayisədə 2.3 mln manat və ya təxminən 10% artımdır.
İstiqraz portfeli ümumilikdə 20.6 mln manata düşüb, əvvəlki ildə isə 21.4 mln manat idi. Bu, təxminən 4% azalmadır. Dövlət istiqrazları 14.3 mln manata enib ki, bu da 2024-cü ilin eyni dövründəki 15.7 mln manatla müqayisədə 9% azdır. Bununla belə, kkorporativ istiqrazlar üzrə portfelini hesabat müddətində isə 634 min manat artımla 6.3 mln manata yüksəldib.
Depozitlərin həcmi 2025-ci ildə 5.3 mln manata yüksəlib, əvvəlki ilin 2.2 mln manatı ilə müqayisədə artım təxminən 143% təşkil edib.
“Xalq Həyat” ASC 2018-ci ildə yaradılıb və 15 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.





