“Xalq Həyat”ın səhmdarlarının iclası keçirləcək

“Xalq Həyat” Sığorta Şirkəti ASC səhmdarlarının  ümumi yığıncağı keçirləcək.

Bu barədə Banker.az sığorta şirkətinin elanına istinadla xəbər verir.

“29 iyun 2022-ci il saat 15.00-da “Xalq Həyat” Sığorta Şirkəti ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir”.

Yığıncağın gündəliyinə sığorta şirkətinin 2021-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi daxil edilib.

Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər