26 C
Baku
Saturday, July 27, 2024

“Xalq Kapital İ.Ş.” 2021-ci ildə xalis mənfəətini artırıb

Üç ildir Azərbaycanın investisiya bazarında fəaliyyət göstərən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin xalis mənfəəti 2021-ci ildə artıb.

Banker.az bu barədə “ANR” Audit Şirkəti tərəfindən verilən rəyə istinadən xəbər verir.

İnvestisiya şirkətinin gəlirləri 7% artaraq 114.9 min manat olub. Azərbaycan Mərkəzi Bankının notları üzrə əqd gəlirləri isə 91 min manatdan 67.7 min manata düşüb.

232131232

Əməliyyat xərcləri isə 71.2 min manatdan 26.9 min manata düşüb ki, bu da onun ümumi mənfəətinin 88 min manata çatmasına səbəb olub.

İl üzrə 198.6 min manat xalis mənfəət əldə edib. Bu 2020-ci ildə 58.3 min manat idi.

 

222222324 11 2

Son xəbərlər
Digər xəbərlər