3 C
Baku
Saturday, December 14, 2024

“Xalq Kapital İnvestisiya Şirkəti”nin mənfəəti 2 dəfədən çox azalıb

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci ili 49 247 manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə investisiya şirkətinin mənfəəti 114 609 manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə azalma deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Xalq Kapital”ın cəmi gəlirləri 96 161 manat (16.3% az), cəmi əməliyyat xərcləri 91 767 manat (3.4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 9 341manat (1.7 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Kapital”ın aktivləri 940 min manat olub ki, bu da illik müqayisədə 2.2% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2.2 dəfə azalaraq 26 min manata, cəmi kapitalı isə 6% artaraq 914 min manata çatıb.

Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər