10 C
Baku
Thursday, December 12, 2024

“Xalq Sığorta” 12 milyon manat üzərində zərər açıqladı

“Xalq Sığorta” ASC 2022-ci ildə 12.22 mln. manatlıq zərər etdiyini açıqladı və bu zərərin əsas səbəbi xalis sığorta ehtiyatkarındakı mənfiyə doğru dəyişmədir. Şirkətin 21-ci ildəki xalis mənfəəti 5.03 mln. idi.

Banker.az bu barədə sığorta şirkətinin illik audit hesabatına istinad edir.

Sığorta şirkəti hesabat ilində 13.23 mln. manat xalis sığorta ehtiyatlarında zərər etməsi onun cəmi gəlirlərini 37.44 mln. manatdan 31.77 mln. manata düşüb. Sığorta şirkətinin birbaşa sığorta üzrə gəlirləri illik müqayisədə 18.6 faiz artaraq 42.5 mln. manata yüksəlmiş, investisiya gəlirləri 14.5 faiz azalaraq 1.95 mln. manat olub.

“Xalq Sığorta” ASC-nin cəmi xərclərinin həcmi 44 mln. manat olmaqla 2021-ci ildən (32.97 mln. manat) 33% yuxarıdır. Şirkətin sığorta ödənişlərinin həcmi illik müqayisədə 20 faiz artaraq 26.24 mln. manat olub.

İşlərin aparılması xərcləri 7.69 mln. manatdan 10.22 mln. manata yüksəlib.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər