18 C
Baku
Saturday, May 4, 2024

“Xalq Sığorta” 2 milyon manata yaxın pul itirib

“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-mart ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-mart ayında 7.289 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 1.576 mln. manat və ya 18% azalma deməkdir.

Yanvar-martda şirkət tərəfindən ümumilikdə 6.674 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 17% çox olub.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər