14 C
Baku
Thursday, May 2, 2024

“Xalq Sığorta” 3 milyon manatdan çox pul itirib

“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-aprel ayında 8.865 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 3.263 mln. manat və ya 27% azalma deməkdir.

Yanvar-apreldə şirkət tərəfindən ümumilikdə 8.278 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 4% çox olub.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər