24 C
Baku
Friday, April 26, 2024

“Xalq Sığorta” lisenziyasız agentlər üçün “user”ləri bağladı

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Xalq Sığorta” icbari avtomobil sığortası növü üzrə lisenziyası olmayan sığorta agentləri üçün nəzərdə tutulan onlayn istifadəçi “user”lərini bağlayıb.

Artıq 7 may tarixindən sığorta agenti fəaliyyətinə lisenziyası olmayan fiziki şəxslər bu “user”dən istifadə edə bilməyəcək. Bu “user”dən yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının atesstasiyasından keçmiş lisenziyalı sığorta agentləri istifadə edə bilər.

Banker.az bildirir ki, bu barədə Fed.az saytı məlumatı maliyyə bazarındakı etibarlı mənbələrdən əldə edir.

Sayt məsələ ilə bağlı şirkətin satış və marketinq şöbəsinin müdiri Emin Abdullayevin də mövqeyini öyrənib. E.Abdullayev bu işdən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, “user”in bağlanması Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bütün sığorta şirkətlərinə verilən məcburi göstərişdən sonra baş verib.

Xatırladaq ki, Palata sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınması ilə bağlı sığorta şirkətlərinin rəhbərilərinə məcburi göstəriş verib. Göstərişdə bütün sığorta şirkətlərinə qanunvericiliyin tələbinə uyğun şəkildə fəaliyyət göstərmələri tələb olunub. Bildirilib əks halda bu kimi hallara yol verən sığorta şirkətinə qarşı sanksiya tətbiq edilərək lisenziyası məhdudlaşdırıla bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər