11 C
Baku
Monday, November 18, 2024

“Xalq Sığorta” şirkəti 18 milyon manat zərərdən 8 milyon manat mənfəətə keçib

“Xalq Sığorta” şirkəti 2020-ci ili 8 milyon 61 min manat mənfəətlə başa vurub. 2019-cu ildə şirkət isə 17 milyon 656 min manat zərər etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 38 milyon 442 min manat, cəmi xərcləri isə 30 milyon 381 min manat təşkil edib. Ötən ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 12  milyon 435 min manat, cəmi xərcləri isə 30 milyon 91 min manat olub. İllik müqayisədə sığorta şirkətinin cəmi gəlirləri 3 dəfə, cəmi xərcləri isə 1% artıb.

Bu ilin əvvəlinə “Xalq Sığorta”nın cəmi aktivləri 71 milyon 721 min manat təşkil edib. Hesabat dövrünün sonunda isə bu göstərici 75 milyon 466 min manat olub.

Son xəbərlər
Digər xəbərlər