10 C
Baku
Monday, November 18, 2024

“Xalq Sığorta” şirkətinin yığımları azalsa da, ödənişləri 2 qat artıb

2019-ci illə müqayisədə 2020-ci ildə sığorta haqları azalmış sığorta şirkətlərindən biri də “Xalq Sığorta” şirkətidir.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2020-ci ilin may ayında “Xalq Sığorta” şirkəti tərəfindən 10,805 milyon manat sığorta haqqı hesablanıb və bu da 2019-cu ilin eyni dövrüylə müqayisədə 327 min manat və yaxud 3% azalma deməkdir. “Xalq Sığorta” şirkəti 2019-cu ilin may ayında 11,132 milyon manat sığorta haqqı yığmışdır.

Sığorta haqlarının azaldığı bir ildə “Xalq Sığorta” şirkətinin sığorta ödənişləri artıb. 2019-cu ilin mayında 4,399 milyon manat təşkil etmiş sığorta ödənişləri 2020-ci ildə 7,191 milyon manata yüksəlib və yaxud 2 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər