12 C
Baku
Friday, March 29, 2024

“Xalq Sığorta” və “Xalq Bank” eyni şəxsə tapşırıldı – TƏYİNAT

Azərbaycanda fəaliyyət göstərən “Xalq Sığorta” ASC-nin direktorlar şürasında dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, bu günə qədər Sığorta Şirkətinin Direktorlar Şurasının sədri işləmiş Röyam Hüseynzadə vəzifəsini tərk edib və onu hazırda “Xalq Bank” ASC-nin Müşahidə Şurasının Sədri olan Asim Məmmədli əvəzləyib.

Röyam Hüseynzadənin adı Sığorta Şirkətinin rəhbərliyi siyahısından götürülsə də, o, hazırda “Xalq Bank”da İdarə Heyətinin üzvü və hüquq idarəsinin rəisi vəzifəsini davam etdirir.

Qeyd edək ki, hazırda “Xalq Sığorta”nın Direktorlar Şurasını əlavə üzv kimi İbrahimov Ramiz, müstəqil üzvü kimi Seyidov Ruslan təmsil edir.

Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildə yaradılıb nizamnamə kapitalı 44,71 mln. Azərbaycan manatı təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər