10 C
Baku
Monday, November 18, 2024

“Xalq Sığorta”ASC-nin maliyyə durumu məlum oldu

“Xalq Sığorta” ASC-nin 2018-ci il üzrə cəmi gəlirləri 13,099 mln manat, cəmi xərcləri isə 10,276 mln manat olub. Əvvəlki ilə müqayisədə “Xalq Sığorta”-nın cəmi gəlirləri 7,4 % artıb, cəmi xərcləri 0,4 % azalıb.

Banker.az bu barədə sığorta şirkətinin  maliyyə hesabatına istinad edərək xəbər  verir.

Bu şirkət 2018-ci ili 2,25 mln. manat xalis mənfəətlə başa vurub. Bu da 2017-ci illə müqayisədə 49,3% çoxdur.

“Xalq Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 58,951 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu şirkətin cəmi aktivləri 52,915 mln manat olub. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə bu il ” Xalq Sığorta”nın cəmi aktivləri 11,4 % artıb.

 Onu da bildirək ki, 2018-ci ildə “Xalq Sığorta”nın cəmi öhdəlikləri 56,5% artaraq 10,48 mln. manata, cəmi kapitalı isə 4,9% artaraq 48,471 mln. manata, o cümlədən nizamnamə kapitalı isə 3,37% artaraq 46,188 mln. manata çatıb. 

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər