5 C
Baku
Tuesday, January 28, 2025

“Xalq Sığorta”da yeni təyinat

“Xalq Sığorta” ASC-də İnformasiya texnologiyaları departamentinin rəhbəri təyin olunub.

Banker.az xəbər verir ki, vəzifəyə təyin olan şəxs Abdullayev Ziya Abdulla oğludur.

O, Qafqaz Universitetində İnformatika və hesablama texnikası üzrə təhsil alıb.

Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32.516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4.4 manat olan 7.39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər