“Xalq Sığorta”da yeni təyinat olub

“Xalq Sığorta” ASC-də Maliyyə departamentinin rəhbəri – Baş mühasib vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, bu vəzifə Həsənova Ənbər Adil qızına həvalə edilib.

O, 2025-ci ilin avqust ayından “Xalq Sığorta”da Baş mühasib kimi çalışır.

2022-ci ilin mart ayından 2025-ci ilin avqust ayına kimi “PAŞA Sığorta” ASC-nin Baş mühasibi, 2011-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına kimi isə “Atəşgah Sığorta” şirkətində Baş mühasibin müavini kimi vəzifələrdə çalışıb.

Ənbər Həsəonova 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi İqtisadiyyat ixtisası üzrə təhsil alıb.

 

Son xəbərlər
Digər xəbərlər