“Xalq Sığorta”dan “PAŞA Property Management”ə transfer olub

“PASHA Holding” MMC-nin daşınmaz əmlakları idarə edən “PAŞA Property Management” MMC-nin İnformasiya texnologiyaları departamentinə rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, yeni təyin edilən departament rəhbəri İsmayılov Sadiq Lətif oğludur.

İsmayılov Sadiq Lətif oğlu 2019-cu ilin may ayından 2024-cü ilin noyabr ayına kimi “Xalq Sığorta”nın İnformasiya texnologiyaları idarəsinin müdiri olub.

O, Azərbaycan Dövlət Neft Akademiyasının İnformatika və hesablama texnikası üzrə bakalavr təhsili alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər