“Xalq Sığorta” ASC-nin əmlak sığorta bazarında payı kiçilib.
Banker.az xəbər verir ki, 2025-ci ildə sığorta şirkətinin bu bazardakı yığımları cəmi 6 milyon 608 min manat olub. Bu da 2024-cü illə müqayisədə əmlak sığortası bazarındakı yığımların 2 milyon 84 min manat və ya 24 faiz azalması deməkdir.
Xalq sığortanın yığımları 2024-cü ildə 8 milyon 692 min manat olmuşdu. Bununla belə ödənişlər illik müqayisədə 266 min manat azalaraq 473 min manata düşüb.
Yığımlardakı böyük azalma sığorta şirkətinin hesabatında da qeyd edildiyi kimi əmlak sığortası üzrə zərərlilik əmsalını 32 faizdən 43 faizə qaldırıb.
“Xalq Sığorta” 2025-ci ildə 32 mln. 321 min manat gəlirə qarşı 5 milyon 986 min manat xalis mənfəət əldə edib.






