“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cəmi aktivləri ötən ilin 12 ayı ərzində 1,22 mln. manatdan çox kiçilib.
Banker.az xəbər verir ki, bu barədə Cəmiyyətin 2018-ci il 1 yanvar tarixinə olan hesabatında deyilir.
Hesabata görə ilin əvvəlində cəmi aktivləri 54,14 mln. manat təşkil etdiyi halda, sonu, azalaraq 52,92 mln. manat təşkil edib. Burada 45,28 mln. manatı qısa-müddətli aktiv, 7,63 mln. manatı isə uzun müddətli aktivlərdir .
Mənfəət var, amma 3,5 dəfə az….
“Xalq Sığorta”nın gəlirləri və mənfəəti ilə bağlı vəziyyətdə də geriləmə var. Belə ki, hesabat dövründən öncəki durumla müqayisədə ötən ilin 4 rübünü 6,1 mln. daha az cəmi gəlirlə 12,20 mln. manat əldə edə bilib. Bununda 7,8 mln. manatını əsas əməliyyat gəliri təşkil edir. Bu rəqəm 2016-ci ildə 10 mln. manata yaxın idi.
BUNA DA BAX:
Meqa Sığorta-nın aktivləri 2 il öncəki göstəricilərdən də aşağı düşdü
2016-cə ildə 5,33 mln. manat xalis mənfəət əldə etdiyi halda 2017-ci ildə 3,5 dəfə az olmaqla 1,5 mln. xalis mənfəətlə başa vurub.
Hazırda Sığorta Şirkətinin cəmi öhdəlikləri 6,69 mln. manat, cəmi kapitalı isə 46,22 mln. manat təşkil edir. Cəmi kaöitalın 44,71 mln. manatı nizamnamə kapitalı təşkil edir.