2019-cu ildə “Xalq Sığorta” ASC-nin işçilərinin sayı 246 nəfər təşkil edib.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2018-ci il tarixinə isə “Xalq Sığorta” şirkətinin 212 nəfər işçisi olmuşdur. Belə ki, illik müqayisədə sığorta işçilərinin sayı 34 nəfər artıb.
Onu da qeyd edək ki, 31 dekabr 2017-ci il tarixinə sığorta işçilərinin sayı 189 nəfər olub.
Xatırladaq ki, 2005-ci ildən başlayaraq “Xalq Sığorta” ASC öz fəaliyyətini həyata keçirir. “Xalq Sığorta” ASC 2019-cu ili 17 milyon 656 min manat xalis zərər ilə başa vurub.
Hesabat dövründə şirkətin öhdəlikləri 2,9 dəfə artaraq 30,593 milyon manata çatıb, balans kapitalı isə 15,15% azalaraq 41,128 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 27,2% artaraq 57,751 milyon manat olub.