“Xalq Sığorta” ASC 2025-ci ilin üçüncü rübünə xalis mənfəət etdiyini açıqlayıb.
Banker.az Sığorta Şirkətinin bunu rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin gəlirləri illik müqayisədə 24,4 mln manata çataraq 19,7 mln manatlıq səviyyədən 24% artıb. Əsas artım sığorta əməliyyat gəlirlərində müşahidə olunub: bu göstərici 16,95 mln manatdan 20,66 mln manata yüksələrək 22% artım göstərib. İnvestisiya gəlirləri 3,08 mln manata, digər gəlirlər isə 1,66 mln manata çataraq illik müqayisədə müvafiq olaraq 216% və 47% artım göstərib.
Xərclər baxımından əsas artım işlərin aparılması xərclərində müşahidə olunub. Bu xərclər 4,67 mln manatdan 7,54 mln manata yüksələrək 61% artıb. Əsas sığorta xərcləri isə 13,39 mln manatdan 10,78 mln manata düşüb və xərclərin ümumi strukturu daha səmərəli formalaşıb. Maliyyə mənfəəti 1,62 mln manatdan 5,54 mln manata qalxıb, bunun nəticəsində xalis mənfəət 1,62 mln manatdan 5,27 mln manata yüksələrək 230% artım göstərib.
Sığorta sinifləri üzrə hesabatda şəxsi sığorta, əmlak sığortası və məsuliyyət sığortası sahələrində artım qeydə alınıb. Ən yüksək zərərlilik göstəricisi tibbi sığortada olub, lakin ödənişlərdəki artım sığorta haqlarının artımı ilə balanslaşdırılıb.
İnvestisiya portfeli 59 mln manata yüksələrək illik müqayisədə 4% artım göstərib. Dövlət istiqrazları və qeyri-dövlət investisiyaları əsas artım mənbələri olub. Depozitlərdə isə 1 mln manatlıq artım müşahidə olunub.
Aktivlər üzrə göstəricilər də möhkəmlənib. Pul vəsaitləri, investisiya aktivləri və digər investisiyalar 97,86 mln manata çataraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11% artıb.
Öhdəliklər 34,74 mln manat səviyyəsinə yüksələrək 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29% artım göstərib. Sığorta ehtiyatları 27,95 mln manata, kreditor borcları isə 4,04 mln manata yüksəlib.







