“Xalq Sığorta” ASC-nin Təftiş Komissyasının üzvü vəzifəsindən azad olunub.
Bu barədə Banker.az Sığorta Şirkətinə istinadən xəbər verir.
Məlumata görə, Məmmədov Araz İbrahim oğlu işdən çıxıb və onu bu vəzifədə Rüstəmov Kamran Musa oğlu əvəz edib.
Xatırladaq ki, “Xalq Sığorta” ASC 2005-ci ildən bazara daxil olub və hazırda ən böyük nizamnamə kapitalı olan Sığortaçıdır. Səhmləri yarı-yarı “İdeal Business Co.” Şirkəti və “Euro Standard” şirkətinə məxsudur.