“Xalq Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Raman Kurbanau şirkətdən ayrılıb.
Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, onun yerinə hələlik təyinat olmayıb. Hazırda “Xalq Sığorta”nın Direktorlar Şurası iki nəfərlə (sədr Asim Məmmədli və müstəqil üzv Ruslan Seyidov) təmsil olunur.
Qeyd edək ki, Raman Kurbanau 2023-cü ilin iyun ayında “Xalq Sığorta”nın Direktorlar Şurasına üzv seçilmişdi. Bundan əvvəl isə sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58.75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.