“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-avqust ayında 15.067 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 11.075 mln. manat və ya 42% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 26.142 mln.manat təşkil edirdi.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.