“Xalq Sığorta” ASC-nin 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar ayında 1,150 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 3.445 mln. manat və ya 75% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 4.595 mln.manat təşkil edirdi.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.