®Müştərilərə müxtəlif sərfəli qazanc imkanları təklif edən XalqKart Azpetrol yanacaq doldurma məntəqələrində ödənişlərdə 7% keşbek/petrol təklif edir.
Artıq Xalq Kartla Azpetrol YDM-lərində yanacaq və xidmətlər üzrə ödənişlər zamanı kartın standart keşbek dərəcələrindən daha yüksək, 7% keşbek və ya petrol əldə etmək mümkündür. Təklifdən yararlanmaq üçün Azpetrol YDM-lərində Xalq Banka aid POS-terminallar vasitəsilə ödəniş aparılmalıdır. Kampaniya 31 dekabradək qüvvədədir.
Xatırladaq ki, Xalq Bankın təqdim etdiyi XalqKart Petrol və Cashback növlərinə ayrılmaqla, müştərilərə müxtəlif loyallıq imkanları təklif edir:
– nağdsız ödənişlərdə 2-40% keşbek/3-40% petrol;
– AZN qalığına illik 8% əlavə gəlir;
– ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
– onlayn sifariş və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek/petrol qazana bilər. Ətraflı məlumat üçün keçid – https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/xalqkartla-azpetrol-da-7-kesbek-az
XalqKartı Bankın filiallarında, XalqOnline mobil tətbiqi üzərindən, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.