18 C
Baku
Friday, November 22, 2024

XalqKartda 5% keşbek/bonusla “Məktəbə qayıdış”

®Xalq Bank XalqKart müştərilərinə məktəbə qayıdış həyəcanını sərfəli alış-verişlə qeyd etmək fürsətini təklif edir. 31 oktyabradək XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişdə 5% keşbek/petrol qazanacaqlar. Belə ki, kampaniya müddəti ərzində XalqKart Petrol kartı kitab, məktəb və ofis ləvazimatları, kompüter və elektrik avadanlıqlarının alışı, gül və hədiyyə mağazaları, eləcə də gözəllik salonlarında 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

–           AZN qalığına illik 8% əlavə gəlir;

–           ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

–           aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

–           kartın onlayn sifarişi və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. 

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur. 

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər