26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

XalqOnline – biznes üçün ən yaxşı bank tətbiqi

Screen Shot 2021 09 02 at 14.34.20

®SME Banking Club beynəlxalq assosiasiyası Azərbaycan banklarının mobil tətbiqlərinin biznes üçün imkan və funksionallığına dair geniş araşdırma keçirib. Azərbaycan banklarının korporativ seqmentinə xidmət göstərən mobil bankların reytinqində Xalq Bankın XalqOnline mobil bank tətbiqi birinci yerə layiq görülüb. Bu haqda agentliyin Azərbaycanda biznes mobil bankçılığının inkişafına həsr olunmuş xüsusi buraxılışında məlumat verilir (Mobile Business Banking 2021).  

Mütəxəssislər mobil bankı biznes üçün maksimum imkanları əks etdirən əsas funksiyalarını – qeydiyyat prosesi, əmanətlər, ana səhifə, maliyyə, hesab və çıxarışlar, digər sistemlərlə inteqrasiya, ödənişlər, təhlükəsizlik, valyuta əməliyyatları, kartlar, dəstək və kommunikasiya kanalları üzrə 130 meyar əsasında qiymətləndiriblər.

XalqOnline Xalq Bankın vahid platforma daxilində fərdi və korporativ müştərilərə xidmət göstərən internet və mobil bank sistemidir. Layihə 2019-cu ildə Xalq Bank tərəfindən texnoloji tərəfdaşı olan LWO International (Belarus) şirkəti ilə birgə həyata keçirilib.

SME Banking Club – 25-dən çox ölkədə fəaliyyət göstərən orta və kiçik biznesi banklarla əlaqələndirən peşəkar şəbəkə, biznes bankçılıq (kredit təhlili, risklərin idarəedilməsi, məhsulların inkişaf etdirməsi, marketinq və satış) sahəsində böyük təcrübəyə malik bank konsaltinq mərkəzidir. 

Mənbə: https://smebanking.news/ru/40234-mobile-business-banking-2021-azerbaijan/

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər