5 C
Baku
Tuesday, March 4, 2025

Xam neft ixracının həcmi son 6 ayın maksimumuna yüksəlib

Azərbaycan 2025-ci ilin yanvarında 3.46 milyon ton və ya 26 milyon barelə yaxın həcmində xam neft ixrac etməklə son altı ayın ən iri həcmli ixracını həyata keçirib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neftin ixrac həcmi sonuncu dəfə 2024-cü ilin iyun ayında aylıq ixrac 3 milyon tonu aşmışdı.

Xaricə satılmış xam neftin dəyəri isə 1.9 milyard ABŞ dolları təşkil edib.

İxracın həcmi aylıq dinamika ilə müqayisədə 70 faiz, ötən ilin yanvarı ilə müqayisədə isə 2 dəfədən çox artıb.

Hesabat dövründə xam neftin 1.69 milyon tonu İtaliyaya satılıb.

Bununla belə, qiymətlər öncəki ildən xeyli aşağı olub. Məsələn, bir ton xam neftin ixrac dəyəri 550 ABŞ dolları təşkil edib və bu, 2023-cü ilin iyunundan bəri ən aşağı qiymət olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında Azərbaycanda neft hasilatının həcmi illik müqayisədə 6.5 faiz azalaraq 2.3 milyon tona düşüb.

976

Son xəbərlər
Digər xəbərlər