Xamenei ABŞ-ni hədələyib

İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir.

Bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.

O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər.

Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə – Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib.

Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.