Xamenei Böyük Britaniyanı “dəniz qulduru” adlandırıb

0
Əli Xamenei

İranın Ali dini lideri Ayətullah Əli Xamenei Böyük Britaniyanı “dəniz qulduru” adlandırıb.

Xarici KİV-ə istinadən, ölkənin imam-cümələri ilə bu gün keçirilən görüşdə o deyib: “Qərb hökumətlərinin ən böyük xəstəliyi təkəbbürdür”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Xameneinin sözlərinə görə, Avropa dövlətləri 2015-ci ilin nüvə sazişindən irəli gələn 11 öhdəliyi yerinə yetirməyiblər.

Ayətullah Xamenei bildirib: “Xarici İşlər nazirimizin sözlərinə görə, avropalıların 11 öhdəliyi var və onların icrası üçün heç bir şey etməyiblər. Diplomatik mülahizələrə əsaslanan nazir bunu açıq şəkildə bəyan edir. Amma biz nə etmişik? Biz öhdəliklərimizi yerinə yetirmişik”.

İranın Ali dini lideri əlavə edib: “Bu gözlənilməz gözləntilər arasında Britaniya gəmimizi oğurlayaraq dəniz quldurluğu edir. Onlar cinayətlərinə hüquqi don geyindirirlər”.

Ayətullah Əli Xamenei onu da vurğulayıb ki, İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq.

Xatırladaq ki, 4 iyulda Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri İrana məxsus neft tankerini saxlayıblar.

Neft tankerinin Suriyaya getdiyi və Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə saxlanıldığı bildirilir.

Virtualaz.org