25 C
Baku
Thursday, June 26, 2025

Xamenei: “İran İsrail və ABŞ üzərində qələbə qazandı”

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

Bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

O qeyd edib ki, İran ABŞ-ni də məğlub edib.

“ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı”, – Xamenei qeyd edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər