27 C
Baku
Thursday, July 17, 2025

Xamenei Putindən narazıdır

İranın xarici işlər naziri Abbas Araqçi Moskvaya səfəri zamanı İranın Ali Rəhbəri Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı narazılıq məktubunu çatdırıb.

Məlumatı İranın “Fərhixteqan” qəzeti yayıb.

Qəzet yazır ki, Əli Xamenei məktubunda Rusiyanın 12 günlük İsrail-İran müharibəsi zamanı İslam Respublikasının gözləntilərini doğrultmadığını vurğulayıb. Tehran Moskvanın münaqişəyə münasibətinin daha sərt və dəqiq olmasını gözləsə də, bu baş verməyib.

Nəşrə görə, müharibənin əvvəlində Rusiya İsraili işğalçı kimi tanıyaraq onun hücumlarını pisləsə də, ümumi mövqeyi İranın istədiyi qədər möhkəm və ciddi olmayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər