“Göygöl Şərab Zavodu” ASC 2024-cü ili 589 min manat zərər ilə başa vurub. 2023-cü ildə zavodun zərəri 1 milyon 406 min manat olub ki, bu da illik müqayisədə 2.4 dəfə azalmadır.
Banker. az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Göygöl Şərab Zavodu” ASC-nin əsas əməliyyat gəlirləri 19 milyon 696 min manat (əvvəlki ilə nisbətən 26% çox), əməliyyat xərcləri 21 milyon 306 min manat (17% çox) təşkil edib.
31 dekabr 2024-cü il tarixinə zavodun cəmi aktivləri 66 milyon 285 min manatdan 72 milyon 139 min manata, cəmi öhdəlikləri 24 milyon 586 min manatdan 31 milyon 29 min manata çatıb, cəmi kapitalı isə 41 milyon 699 min manatdan 41 milyon 110 min manata düşüb.
160 illik tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan və araq istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir.