19 C
Baku
Sunday, October 26, 2025

Xanbulan gölünün ətrafındakı iaşə obyektləri bağlanıb

Hər il yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri olan Lənkərandakı Hirkan Milli Parkının ərazisində yerləşən Xanbulan gölünün ətrafındakı iaşə obyektləri bir müddətdir ki, fəaliyyətini dayandırıb.

Həmçinin bu obyektlərə elektrik enerjisinin verilişi də tamamilə dayandırılıb.

Məsələ ilə bağlı Hirkan Milli Parkından bildirilib ki, iaşə obyektlərinin bağlanması bir sıra ciddi səbəblərlə əlaqədardır.

Qurumdan verilən məlumata görə, iaşə obyektlərinin bağlanması, milli park ərazisinin təhlükəli tullantılarla çirkləndirilməsi, Xanbulan su anbarına yaxın sahələrdə sanitar qovşaqların tikintisi, köşk, oturacaq və digər avadanlıqların müqavilədə göstəriləndən artıq yerləşdirilməsi ilə bağlıdır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər