“Günay Bank” ASC-nin mühüm pay sahibi olan səhmdarlarından birinin payı bir qədər də artıb.
Banker.az bu barədə əldə etdiyi məlumata istinad edir.
Belə ki, məlumata əsasən Şirinova Yeganə Məmməd qızı 1 iyul 2019-cu il tarixdə bankın əlavə 15 000 ədəd səhmini alıb (ümumilikdə 543 500 ədəd) nizamnamə kapitalında payı 38.9433%-dən 40.0486 %-ə qədər artıb.
Bununla da xanım Y.Şirinovanın nizamnamə kapitalında ümumilikdə payı vəsaitlə ifadədə 26 mln. manata çatması deməkdir.
Xatırladaq ki, 1999-cu ildə yaradılan “Günay Bank”ın nizamnamə kapitalı 64,91 mln. manatdır.
Səhmlərin digər əsas səhmdarı Məmmədov Mahmud Nadir oğludur. 707 400 ədəd adlı, sənədsiz adi səhm olmaqla, nizamnamə kapitalında payı 52.1259% təşkil edir.








