“AzeSteelCompany” ASC-nin səhmlərinin daha biri məlum olub.
Banker.az xəbər verir ki, hazır metal məhsulları istehsal edən şirkətin yeni səhmdarı Aysel Səfərəliyevadır. O, A.Səfərəliyeva 2022-ci ildə “AzeSteelCompany”nin 4.79%-lik səhmlərini əldə edib.
400 min ədəd səhmin ümumi nominal dəyəri 400 min manat təşkil edir.
Digər səhmdarlar “Azfinance İ.Ş” (65.06%), Camaləddin İsamayılov (19.81%), Kənan Ağayev (7.04%) və Ömər Hüseynovdur (3.3%).