“FinEx Kredit” BOKT ASC-nin İdarə Heyətinin sədri dəyişdirilir.
Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Leyli Məmmədova Calal qızı İdarə Heyətinin sədri seçiləcək. O bu vəzifədə Rəşad Rzayev Fəxrətdin oğlunu əvəz edəcək. L.Məmmədova buna qədər İdarə Heyətinin üzvü idi.
Qeyd edək ki, Müşahidə Şurasının 31 oktyabr 2023-cü il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 1 dekabr 2023-cü il tarixində “Finex Kredit” BOKT ASC-nin Baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi qərara alınıb.
İclasda Nizamnaməyə dəyişiklik; Müşahidə Şurasının tərkibində dəyişiklik və Müşahidə Şurasının formalaşdırılması; Əvvəliki dövr üçün Səhmdarların Ümumi Yığıncağıının və Müşahidə Şurasının protokollarının bəyənilməsi barədə; İdarə Heyətinin formalaşdırılması məsələləri müzakirə edləcək.
“Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir. Onun nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır:
- 95% – Şəlalə Tağıyeva
- 25% – Raminə Allahverdiyeva
- 63% – Azad Cəbrayılov
- 83% – Mobil Şərifov
- 08% – Tokay Şıxəlizadə
- 75% – Rövşən Məmmədov
- 63% – Tofiq Cəfərov
- 25% – Azər Hacıyev
- 03% – Gülnarə Tağıyeva
- 63% – Sevil Hidayətova